Dünya

Mixeil Saakaşvili üçün həkim qrupu yaradılıb

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün müxtəlif profilli həkimlərdən ibarət qrup yaradılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Rati Breqadze məlumat verib.
Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin müraciəti əsasında Səhiyyə Nazirliyi tərəfindən formalaşdırılan qrupun fəaliyyəti sabiq dövlət başçısının razılığından asılı olacaq.
Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavi həbsxanasına yerləşdirilən siyasətçi artıq 13-cü gündür aclıq aksiyası keçirir. Onun vəziyyətinin tədricən ağırlaşdığı və səhhətində problemlərin yarandığı bildirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button