Dünya

Mixeil Saakaşvili aclıq aksiyasını dayandırıb

Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili aclıq aksiyasını dayandırmaq barədə qərar qəbul edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə onun vəkili Nika Qvaramiya jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, sabiq dövlət başçısı Strasburq məhkəməsinin qərarını nəzərə alıb.

Qeyd edək ki, M.Saakaşvili Tbilisidə oktyabrın 1-də saxlanılıb. O, həmin gündən aclıq aksiyası keçirirdi. Siyasətçi noyabrın 8-də Tbilisidəki 18 saylı Qldani cəzaçəkmə müəssisəsinin xəstəxanasına köçürülüb.

Avropa İnsan Hüquqları Məhkəməsi qəbul etdiyi qərarda M.Saakaşvilini aclıq aksiyasını dayandırmağa çağırıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button