İdman

Mixael Şumaxerin oğlu “Ferrari”yə keçib

“Formula 1” üzrə dünya çempionatında çıxış edən “Haas” komandasının pilotu Mik Şumaxer “Ferrari”yə keçib.

Bu barədə İtaliya təmsilçisinin prezidenti Mattia Binotto yarışın rəsmi saytına açıqlamasında bildirib.

Onun sözlərinə görə, 22 yaşlı sürücü hələlik Antonio Covinatsi ilə birlikdə ehtiyat pilot olacaq: “Mik Şumaxeri komandamızda qarşılamağa şadam. Ümid edirəm ki, mövsüm ərzində əvəzedicilərə ehtiyacımız qalmayacaq. 2022-ci il bolidləri 2021-ci ildəkindən çox fərqli olacaq. M.Şumaxer buna öyrəşməlidir. Ona ehtiyacımız olsa, sükan arxasına keçməyə hazır olmalıdır”.

Qeyd edək ki, Mik Şumaxer 7 qat dünya çempionu Mixael Şumaxerin oğludur. 2022-ci ildə Azərbaycan Qran-prisi 10 – 12 iyunda təşkil olunacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button