Mədəniyyət

Misirin tanınmış rəssamı İnes Eissa Bakıda ustad dərsləri keçib

Bu gün Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasında Misirin tanınmış rəssamı İnes Eissanın gənc rəssamlara ustad dərsləri keçirildi.

Trend xəbər verir ki, tanınmış rəssam İnes Eissa şagirdlərə yeni üsul praktikadan istifadə qaydalarından bəhs edərək bunun rəssamlıq sənətinə gətirəcəyi yeni ideyadan danışıb.

Sonra onlarla öz rəssamlıq metodlarının sirlərini bölüşüb. O, Azərbaycanda Günay Mehdizadə, Tahir Salahov, Sakit Məmmədov kimi tanınmış rəssamların əl işləri ilə tanış olmaq imkanı əldə etdiyini bildirib. Onların hər birinin öz dəsti-xətti olduğunu və bu rəssamların əsələrinin böyük maraq kəsb etdiyini vurğulayıb.

Azərbaycanın müasir ölkə olduğunu və burada incəsənətə böyük sevgi və qayğı ilə yanaşıldığını vurğulayan rəssam Azərbaycan xalqının öz adət-ənənələrini və milli dəyərlərini qoruyub-saxlamağı bacardığını dilə gətirib.

İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova mətbuata açıqlamasında bu cür ustad dərslərinin həm şagirdlərin dünyagörüşünün formalaşmasında, həm də gələcəkdə yaradıcılıq işlərində mühüm rol oyanayacağını vurğulayıb. Onun sözlərinə görə, şagirdlərin fərqli yanaşama tərzi olan rəssamların işləmə prinsipi ilə tanışlığı onların gələcək fəaliyyətlərində də müstəsna xidmətləri olacaq.

Ustad dəslərinin sonunda Gimnaziya tərəfindən rəssama təşəkkürnamə təqdim edilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button