Siyasət

Miqrasiya Xidməti Azərbaycanda qanunsuz yaşayan əcnəbilərə müraciət edib

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda yaşayan əcnəbilərə müraciət edib.

Qurumdan “Report”a bildirilib ki, vaksinasiya tədbirlərinin ölkəmizdə yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə şamil olunması üçün aiddiyyəti dövlət orqanları ilə birgə müvafiq tədbirlər görülür.

Xatırladılıb ki, ölkəmizdə qanuni əsaslarla yaşayan (ölkədə olması və yaşması üçün müvafiq icazələr verilmiş) əcnəbilər Azərbaycan vətəndaşları ilə bərabər şərtlər əsasında vaksinasiya oluna bilirlər.

“Bununla əlaqədar, ölkəmizdə qanunsuz vəziyyətdə yaşayan əcnəbilərin də vaksinasiya tədbirlərindən yararlanmasının təmin olunması məqsədilə Dövlət Miqrasiya Xidməti həmin şəxsləri vaksinasiya ilə bağlı tələb olunan müvafiq sənədlərin əldə edilməsi üçün regional miqrasiya idarələrinə yaxınlaşmağa dəvət edir. Regional miqrasiya idarələrinin ünvanlarını buradan əldə etmək mümkündür”, – məlumatda qeyd olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button