Dünya

Minskdən Antalyaya uçan təyyarənin istiqamətini dəyişməsinin səbəbi açıqlanıb – YENİLƏNİB

Belarusun “Belavia” aviaşirkəti Minskdən Antalyaya uçan təyyarənin istiqamətini dəyişərək Moskvaya doğru hərəkət etməsinin səbəbini açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə şirkətin Mətbuat xidməti açıqlama yayıb.
Bildirilib ki, uçuş zamanı təyyarənin mühərrikinin nasaz olması ilə bağlı siqnalizasiya işə düşüb. Bu səbəbdən təyyarə Moskvaya uçub.
Məlumata görə, təyyarənin göyərtəsində 189 sərnişin, 7 ekipaj üzvü olub: “Sərnişinlərə yemək, içmək verilir. Yaxın zamanda sərnişinləri Antalyaya aparmaq üçün ehtiyat təyyarə göndəriləcək”.
12:50
“Belarusun paytaxtı Minskdən Türkiyənin Antalya şəhərinə uçan təyyarə kursu dəyişərək Moskvaya doğru hərəkət edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “FlightRadar” xidmətinin məlumatında bildirilib.
Məlumata görə, təyyarə “Belavia” aviaşirkətinə məxsusdur.
Hadisə ilə bağlı rəsmi münasibət yayılmayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button