İdman

Millimizin oyun təqvimi Belarusa görə dəyişdi

19 yaşadək futzalçılardan ibarət Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək Azərbaycan millisinin yer aldığı qrupun oyunlarının təqvimində dəyişiklik edilib.

Qol.az xəbər verir ki, buna səbəb ölkəsinin hava məkanı uçuşlar üçün qapalı olduğuna görə, Belarusun müvafiq yaş qrupundan ibarət yığma komandası Xorvatiyada təşkil olunacaq mini-turnirdə iştirak etməməsidir. Nəticədə 7-ci qrupda final mərhələsinə yüksəlmək hüququ verən bir vəsiqə üğrunda 3 komanda – Azərbaycan, Xorvatiya və Latviya yığmaları mübarizə aparacaq. Komandamız ilk oyununu martın 17-də Xorvatiyadan, növbəti görüşünü isə ertəsi gün Latviyadan olan həmyaşıdlarına qarşı keçirəcək. Təqvimin dəyşməsi millinin səfər planlarına da təsir edib. U-19 əvvəlcədən planlaşdırıldığı kimi, martın 14-də deyil, bir gün sonra səfərə yollanacaq, Bakıya isə ayın 19-da dönəcək.

17 mart

Azərbaycan – Xorvatiya

Karlovac şəhəri. Mladost Arena. Saat 20:00

18 mart

Latviya – Azərbaycan

Karlovac şəhəri. Mladost Arena. Saat 20:00

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button