Cəmiyyət

Milli parklarda təmizlik və abadlıq işləri həyata keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “DOST İş” Mərkəzi ilə birgə “Təbiəti qoruyaq” adlı yeni məşğulluq layihəsi həyata keçirilir.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, işsiz və işaxtaran şəxslərin məşğulluğuna dəstək məqsədi daşıyan və əmək haqqı ödənilən ictimai işlərin əhatə dairəsini genişləndirəcək layihə çərçivəsində təmizlik və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Layihəyə ilk olaraq Bakı, Sumqayıt, Şəki, Lənkəran şəhərləri, Beyləqan, Quba, Şamaxı, Tərtər və Bərdə rayonlarında yerləşən Şəhidlər xiyabanlarında təmizlik və abadlıq işlərinin aparılması ilə start verilib.
Növbəti mərhələdə Göygöl rayonu üzrə Göygöl və Maralgöl Milli Parkında işlərə başlanıb. Paralel olaraq, Lənkəran rayonu üzrə Hirkan Milli Parkı, Salyan rayonu üzrə Şirvan Milli Parkında (4 ay müddətində) da təmizlik və abadlıq işləri həyata keçirilir.
Layihə çərçivəsində həmçinin Bakı şəhəri üzrə Novxanı, Türkan, Hövsan, Şıxov, Bilgəh, Buzovna, Mərdəkan, Şüvəlan, Zuqulba, Pirşağı və Sumqayıt çimərliklərdə (2 ay müddətində) təmizlik və abadlıq işləri aparılacaq.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button