Siyasət

Milli Məclis hökumətin hesabatını qəbul etdi

Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirə olundu.

Baş nazir Əli Əsədov deputatların çıxışlarına münasibət bildirərkən dedi ki, 37 millət vəkilinin səsləndirdiyi fikirlərin hər birinə diqqətlə yanaşılacaq, imkan dairəsində müvafiq addımlar atılacaq. “Hökumətin Milli Məclis qarşısında hesabatını təqdim etməkdən qürur duyuruq”, deyən Baş nazir əlavə etdi ki, bu hesabat tək sizin üçün deyil, bizim üçün də çox vacibdir: “Çıxışları səmimi qəbul edin, təriflər də, tənqidlər də oldu.

Amma əsas məqam odur ki, hər iki qurumun amalı birdir. Xalqımıza, millətimizə xidmət etmək cənab Prezidentin qarşıya qoyduğu hədəflərə nail olunmasına çalışmaqdır”. Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı müraciətlərə cavab olaraq dedi ki, bir il ərzində bütün problemləri həll etmək mümkün deyil:  “Problemlər var və bunların aradan qaldırılması üçün işlər görülür”. Ə.Əsədov Azərbaycanın müharibədən sonrakı mərhələdə görməli olduğu işlərə və hazırda icrası davam etdirilən layihələrə diqqət çəkdi. Bildirdi ki, ermənilərin işğal dövründə darmadağın etdiyi 300-dən artıq yaşayış məntəqəsinin bərpası, infrastruktur layihələrinin icrası üçün böyük tutumlu maliyyə tələb olunur.

Müzakirələrdən sonra hökumət başçısının hesabatı qəbul edildi.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button