İqtisadiyyat

Milli Məclis yeni neft sazişini ratifikasiya edib

Milli Məclis yeni neft sazişini ratifikasiya edib.

Trend-in məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “GL İnternational LTD” MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihə barədə məlumat verən parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov layihənin yerli investisiyanın cəlb edilməsi, yerli şirkətlərin və kadrların inkişafı, yeni texnologiyaların tətbiqi kimi üstünlükləri haqqında danışıb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button