İdman

“Milan”ın futbolçusu A seriyasında rekorda imza atıb

İtaliyanın “Milan” klubunun futbolçusu Ante Rebiç “Yuventus”un qəniminə çevrilib.Apasport.az saytının məlumatına görə, 27 yaşlı xorvatiyalı hücumçu Turin klubuna qarşı ardıcıl üç oyunda qol sevinci yaşayıb.Ante IV turun sentyabrın 19-dakı qarşılaşmasında seriyasını 3-ə çatdırıb. Bu görüş 1:1 hesabı ilə başa çatıb.Rebiç İtaliyada qələbəyə görə üç xalın verilməyə başladığı 1994/95 mövsümündən sonra “Yuventus”a ardıcıl üç matçda qol vuran ilk oyunçudur.Qeyd edək ki, Antenin Milanın eyniadlı klubu ilə müqaviləsi 2025-ci ilin yayında bitəcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button