İqtisadiyyat

Mikayıl Cabbarovun yeni direktoru kimdir? – 7 dil bilir, 5 univeristet oxuyub

İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutuna yeni direktor təyin edib. Nazirin müvafiq əmri ilə Mahir Hümbətov institutun direktoru vəzifəsini daşıyır.

Qeyd edək ki, Mikayıl Cabbarovun dövründə bu institutun önəmi dövlət içində də artıb və nazirliyin beyin mərkəzi sayılır. Nazirlikdaxili və digər islahatların kökündə bu institutun rəylərinin də rol oynadığı vurğulanır.

Bəs İqtisadiyyat Nazirliyinin beyin mərkəzini islah edəcək Mahir Hümbətov kimdir?

Sosial şəbəkə profillərinə əsasən o, 1982-ci ildə Bakıda doğulub. Azərbaycanın Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti, Misirin Qahirə Universiteti, Türkiyənin 9 Eylül Universiteti və Böyük Britaniyanın Durham Universitetinin məzunudur. 7 dildə sərbəst danışır və iqtisadiyyat, maliyyə, hüquq, xarici və daxili siyasət sahələrində dərin biliklərə sahibdir. İngilis, Azərbaycan və ərəb dillərində 7 kitab və xeyli sayda akademik və siyasət istiqamətli məqalələrin müəllifidir. Blumberq, Forbes, Reuters kimi tanınmış xarici medialara müsahibə verib, OSCE, Avropa Birliyi, BMT və onun ixtisaslaşmış qurumları olan UNECE, UNCTAD, UNECA, ECLAC, UNDP, UNESCAP və s. beynəlxalq təşkilatlarda, həmçinin Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankında ekspert qismində fəaliyyət göstərib, bu təşkilatlarda və müxtəlif dünya ölkələrinin iqtisadiyyat, maliyyə, investisiya, ticarət, təhsil, infrastruktur, xarici siyasət və s. nazirliklərində və beyin mərkəzlərində müxtəlif mövzularda mühazirələrlə çıxış edib. Ölkəmizdə həm özəl sektorda və həm də dövlət sektorunda müxtəlif qurumlarda çalışıb, keçmiş Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupu və Biznes Məktəbi, eyni zamanda da Azərbaycan Universitetinin ingilis dilli BBA və MBA ixtisaslarında müxtəlif fənləri tədris edib. 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button