İqtisadiyyat

Mikayıl Cabbarov Türk Şurasının Baş katibi ilə görüşüb

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyevlə görüşüb.
“APA-Economics” xəbər verir ki, bu barədə nazir “Twitter” hesabında yazıb.
O qeyd edib ki, görüşdə sabah Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin 10-cu görüşünə dair məsələlər müzakirə edilib.
“Bu toplantı çərçivəsində təşkil olunacaq Qarabağa həsr olunmuş Biznes Forumunun yüksək səviyyədə təşkili ölkəmiz üçün əhəmiyyətlidir”, – deyə nazir əlavə edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button