İqtisadiyyat

Mikayıl Cabbarov qiymət artımının qarşısını almaq üçün əsas planlarını açıqlayıb

“Gələcəkdə qiymət artımlarının təsirinin minimallaşdırılmasının yeganə yolu ölkə daxilində ərzaq məhsullarının istehsalının tam də­yər zəncirini formalaşdırmaq, 100 %-lik lokalizasiyaya nail olmaqdır”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, idxal komponentlərindən asılı olan məhsullar üzrə idxalı əvəz edəcək istehsal sahələrinin yaradılması üçün əlverişli imkanlar mövcud­dur:

“Bu istiqamətdə kiçik və orta biznesin inkişafına dövlət dəstəyi mexanizminin səmərəsinin artırıl­ması bu cür sahibkarlıq subyektlə­rinin, xüsusilə gənc sahibkarların məşğulluqda iştirak payının daha da yüksəldilməsinə gətirəcək. Hökumətin qarşıdakı dövrdə də əsas hədəflərindən biri yüksək əlavə dəyər yaradan emal sənayesi­nin sürətli inkişafıdır. Regionların spesifikası nəzərə alınmaqla, məh­sul istehsalı və emalı üzrə ixtisas­laşmanın dərinləşdirilməsi hədəf­lənib. Regionlarda işləməyən və ya zərərlə işləyən istehsal müəssisələ­rinin yenidən qurulması, sağlam­laşdırılması və özəlləşdirilməsinin sürətləndirilməsi nəzərdə tutulur. Bütövlükdə, yüksək əlavə dəyər yaradan məhsul istehsalı və xidmət sahələrinin inkişaf etdirilməsi üçün investisiya təşviqi mexanizmlərin­dən geniş istifadə ediləcəkdir”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button