Cəmiyyət

Metronun “Memar Əcəmi” stansiyasında koronavirus xəstəsi saxlanılıb

Bakı metrosunun “Memar Əcəmi” stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat bildirilib.
Qeyd edilib ki, 1981-ci il təvəllüdlü Çingiz Orucov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.
Ç.Orucov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button