Cəmiyyət

Metronun “Koroğlu” stansiyasında koronavirus xəstəsi saxlanılıb

Bakı metrosunun “Koroğlu” stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Onun sözlərinə görə, 1981-ci il təvəllüdlü Rövşən Abdulov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.
R.Abdulov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button