İqtisadiyyat

Metan qazı emissiyalarının azalması qlobal istiləşməni səngidə bilər

Metan istixana qazının emissiyalarının kəskin azalması qlobal istiləşməni əhəmiyyətli dərəcədə səngidəcək.
“APA-Economics”in verdiyi xəbərə görə, bu barədə “The Guardian” Beynəlxalq Enerji Keçidi Komissiyasının məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, neft-qaz şirkətləri qazma platformalarında və istehsal sahələrində metan sızmalarının qarşısını almaqla əməliyyatları ilə planetə daha az zərər verə bilər.
Qeyd olunur ki, cəmi dörd əsas “çirkləndirici” (Rusiya, ABŞ, Çin və Kanada) qlobal iqlim dəyişikliklərinə böyük təsir göstərə bilər. Komissiya 2030-cu ilədək metan sızıntılarının 40% azaldılmasının mümkün bir hədəf kimi adlandırıb.
Metan planeti karbon qazından 80 qat daha aktiv şəkildə qızdırır. Təbii qazın əsas komponentidir, burada onun payı 98%-dək çata bilər. Metan sızıntıları çox vaxt ənənəvi enerji daşıyıcılarının hasilatı üçün yaradılan infrastrukturunun (qazma qurğuları, quyuların və qaz kəmərlərinin tikintisi) keyfiyyətsiz tikintisi səbəbindən yaranır. Bundan əlavə, bəzi neft hasilatı üzrə müəssisələrdə metan məşəllərdə yandırılır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button