İdman

Messinin ilk qolu PSJ üçün həlledici olub, “Leypsiq” isə yenə xalsız qalıb

Fransanın “Pari Sen-Jermen” futbol klubu Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda İngiltərənin “Mançester Siti” klubunu 2:0 hesabı ilə məğlub edib.
APA xəbər verir ki, görüş Parisdə baş tutub.
Qolları İdrissa Qeye (8-ci dəqiqə) və Fransa klubunda ilk qoluna imza atan Lionel Messi (74-cü dəqiqə) vurub.
A qrupunun digər oyununda Belçikanın “Brügge” klubu Almaniya “Leypsiq”indən güclü olub (2:1). Cədvələ PSJ (4 xalla) başçılıq edir, onun ardınca “Brügge” (4), “Mançester Siti” (3) və “Leypsiq” (0) yer alıb.
“Mançester Siti” əvvəlki turnirin finalçısıdır. Həlledici görüşdə Mançester klubu Londonun “Çelsi” klubuna 0:1 hesabı ilə uduzub. PSJ 2019/20 mövsümündə finalda oynayıb və Almaniyanın “Bavariya” komandasına yenilib (0:1).
Oktyabrın 19-da keçiriləcək növbəti turda PSJ “Leypsiq”i qəbul edəcək, “Mançester Siti” isə həmin gün səfərdə “Brügge” ilə qarşılaşacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button