İdman

Messi qeyri-dəqiq zərbələrə görə liderdir

PSJ-nin hücumçusu Lionel Messi qeyri-dəqiq zərbələrə görə Fransa çempionatına liderlik edir.

Qol.az xəbər verir ki, bu barədə “OptaJean” “Tvitter” hesabında yazıb. Argentinalı hücumçu qapıya 15 zərbə endirib, onlardan cəmi 4-ü hədəfə çatıb. O, Fransa çempionatında bir dənə də olsun qol vurmayıb.

Messi hələlik PSJ-nin heyətində yalnız Çempionlar Liqasında qol vurub. O, “Mançester Siti” ilə oyunda (2:0) fərqlənib, “Leyptsiq”lə (3:2) görüşdə dubla imza atıb.

Xatırladaq ki, Fransa çempionatının 12-ci turunun “Lill”lə oyununda (2:1) Messi 1-ci hissədən sonra əvəzlənib.

Qeyd edək ki, 34 yaşlı oyunçu avqustun 10-da Paris təmsilçisi ilə iki illik müqavilə imzalayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button