İdman

Messi “PSJ”-nin heyətində ilk oyununa çıxıb

“Pari Sen-Jermen” Fransa çempionatının dördüncü turunda “Reyms” klubunu 2-0 hesabı ilə məğlub edib.
APA xəbər verir ki, hər iki qolu paytaxt komandasının heyətində Kilian Mbappe (16 və 64-cü dəqiqələrdə) vurub.
Argentinalı futbol ulduzu Lionel Messi 66-cı dəqiqədə Neymarın əvəzinə meydana daxil olub və “PSJ”-də ilk matçına çıxıb. 34 yaşlı argentinalı avqustun 10-da klubla müqavilə imzalayıb.
“PSJ” Fransa çempionatında dörd qələbə qazanıb və hazırda liderdir. Üç xalı olan “Reyms” 17-ci pillədədir. Növbəti turda “PSJ” “Klermon”u qəbul edəcək, “Reyms” isə səfərdə “Renn”lə oynayacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button