İdman

Messi Pikedən niyə narazıdır?

PSJ-nin hücumçusu Lionel Messi sabiq komanda yoldaşı Jerar Pikenin hərəkətindən məyus olub.

Qol.az xəbər verir ki, bu haqda ispan jurnalist Luis Kanat TV-3 kanalındakı verilişdə bildirib.

Onun sözlərinə görə, Pike Messinin “Barselona”da qalması üçün öz maaşının azaldılmasına razı olmayıb: “Pikenin Messi gedəndən sonra klubla yeni müqavilə bağlaması argentinalıya pis təsir edib. Messi hesab edir ki, klubda onu satıblar. Pike Messi getməyənə qədər “Barselona” ilə müqavilənin müddətini uzatmırdı. Messinin fikrincə, onun komandada qalması üçün Pike müqaviləni daha erkən imzala bilərdi”.

Xatırladaq ki, Messi PSJ ilə 2021-ci ilin yayında azad agent kimi müqavilə bağlayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button