İdman

Messi gələn il ABŞ klubuna keçə bilər

PSJ-nin hücumçusu Lionel Messi karyerasını ABŞ-da davam etdirə bilər.

Qol.az “Marca”ya istinadən xəbər verir ki, MLS təmsilçisi “İnter Mayami” argentinalı futbolçunu heyətinə cəlb etməyə çalışır. Devit Bekhemin sahibi olduğu klubun 2023-cü ildə Messi ilə müqavilə bağlamağı planlaşdırdığı bildirilib.

Qeyd edək ki, 2021-ci ilin yayında “Barselona”dan ayrılaraq PSJ-yə keçən 34 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 16 oyuna 6 qol vurub, 4 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button