İdman

Messi Çempionlar Liqasında antirekordu təkrarlayıb

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi UEFA Çempionlar Liqasında penalti antirekordunu təkrarlayıb.

35 yaşlı hücumçu 1/8 final mərhələsinin ilk oyununda İspaniyanın “Real Madrid” komandasına qarşı görüşün 62-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Turnirdə 23 dəfə penalti yerinə yetirən təcrübəli forvard 5-ci dəfə uğursuzluqla üzləşib. Beləliklə, Messsi İngiltərənin “Arsenal” və İspaniyanın “Barselona” komandasının sabiq oyunçusu Tyerri Anriyə çatıb.

Karyerasını başa vurmuş oyunçulardan Serxio Aquero və Rud van Nistelroy Çempionlar Liqasında 4 dəfə penaltini boşa verib.

Qeyd edək ki, PSJ “Real Madrid”i 1:0 hesabı ilə məğlub edib. Komandalar arasındakı cavab qarşılaşması bir həftə sonra Madriddə olacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button