İdman

Messi “Barselona”  ilə vidalaşarkən ağlayıb

İspaniyanın “Barselona” klubu ilə yolları ayrılan Lionel Messi bu gün mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, argentinalı ulduz  göz yaşları içərisində “Barselona” ilə vidalaşıb.Lionel Messi mətbuat konfransında gələcək karyerası, Parisin PSJ klubuna keçidinin mümkünlüyü barədə sualı da cavablandırıb. O, PSJ-yə keçidinin mümkün variantlardan biri olduğunu, ancaq hələ rəsmi olaraq müqavilə imzalanmadığını, danışıqlar aparıldığını bildirib. Eyni zamanda  “Barselona”nın bəyanatından sonra ona digər klublardan da çoxlu zənglər olduğunu açıqlayıb.O, nə zamansa yenidən “Barselona”ya qayıda biləcəyinə ümid etdiyini də söyləyib. 

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button