Dünya

Merkel: “Dünya əhalisinin 70%-i 2022-ci ilin ortalarına qədər peyvənd olunmalıdır”

İtaliyanın paytaxtı Romada keçirilən sammitdə “Böyük İyirmilik” (G20) ölkələrinin liderləri 2022-ci ilin ortalarına qədər dünya əhalisinin 70%-nin koronavirusa qarşı peyvənd olunması təklifini dəstəkləyiblər.
“Report” xəbər verir ki, bunu Almaniya kansleri vəzifəsini icra edən Angela Merkel deyib.
Onun sözlərinə görə, G20-nin hədəfi ilin sonuna qədər dünya əhalisinin 40%-nin, gələn ilin ortasında isə 70%-nin peyvənd edilməsidir.
Merkel əlavə edib ki, Almaniya digər ölkələrə bu il 100 milyon, 2022-ci ildə isə 75 milyon doza vaksin ayıracaq.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button