Dünya

Merkel Belarusa maliyyə yardımının göstərilməsini istisna etməyib

Almaniya kansleri vəzifəsini icra edən Angela Merkel miqrasiya böhranı və bəzi qaçqınlar üçün xüsusi tənzimləmə ilə əlaqədar Belarusa maliyyə yardımın göstərilməsini istisna etməyib. Bu barədə “BILD” nəşri öz mənbələrinə istinadən xəbər verir.

Qəzetin yazdığına görə, bazar ertəsi Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı Merkel “sərt idi”, lakin Belarus prezidentinə Aİ səviyyəsində “bəzi şeyləri” müzakirə edəcəyinə söz verib.

Qeyd olunur ki, söhbət “digər miqrantların ölkələrinə geri göndərilməsindən” gedir. Lukaşenko eyni zamanda Polşa ilə sərhəddə “təzyiqi aradan qaldırmalıdır”. Merkel həmçinin qaçqınlar üçün mənzil tikintisinə Belarusa maliyyə yardımın göstərilməsini “tamamilə istisna etməyib”.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button