Dünya

Merilənddəki hərbi baza bomba təhlükəsi üzündən bağlanıb

ABŞ-ın Merilənd ştatının Betesa şəhərində yerləşən hərbi baza bomba təhlükəsi üzündən bağlanıb.
“Report” xəbər verir ki, bu barədə qurumun tviter səhifəsində məlumat paylaşılıb:
“Təqribən saat 08.45-də 10-cu binada və ya yaxınlığında bomba olmasına dair naməlum mənbədən telefon zəngi daxil olub. Təhlükəsizlik heyəti əraziyə cəlb edilib. Baza qapadılıb. İctimaiyyətdən həmin yerdən uzaq olmaq xahiş olunur”.
Daha sonra bombanın həqiqətən olub-olmamasına dair araşdırma başlayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button