Dünya

Meksikada naməlum şəxslər bank əməkdaşlarını girov götürüblər

Naməlum cinayətkarlar Meksikanın şərqindəki Verakruz ştatındakı banklardan birinin filialına hücum edərək 8 işçisini girov götürüblər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bölgənin İctimai Təhlükəsizlik İdarəsinin məlumatında deyilir.
Məlumata görə, cinayətkarlar girovlardan birinin paltarına partlayıcı qurğu bağlayıblar. “Polisin müdaxiləsindən sonra səkkiz qadın sərbəst buraxılıb”, – xəbərdə deyilir.
Girovlar xəsarət almayıb. Çıxarılan partlayıcı qurğuya baxış zamanı onun saxta olduğu və heç bir təhlükə yaratmadığı müəyyən edilib.
Hazırda aidiyyəti orqanlar soyğunçuları axtarırlar. Cinayətkarların bankdan pul almağa nail olub-olmamaları barədə məlumat verilmir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button