Dünya

Meksikada avtobus qəzaya uğrayıb, ölənlər var

Meksikanın şərqindəki Veracruz əyalətinin Jalapa bölgəsində avtobus beş avtomobillə toqquşub.
“Report” xəbər verir ki, bu barədə regional fövqəladə hallar idarəsi tvitterdə məlumat yayıb.
Yol qəzasında azı 2 nəfər ölüb, daha 14 nəfər yaralanıb.
Avtomobillərdən biri qəzadan sonra yanıb. Zərərçəkənlər şəhər xəstəxanalarına çatdırılıb, onların vəziyyəti barədə heç bir məlumat verilmir.
İlkin məlumatlara görə, qəzaya səbəb avtobusun əyləc sisteminin nasazlığı olub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button