İqtisadiyyat

Mehmanxana, turoperator və turagentlər barədə məlumatlar turizm reyestrinə daxil ediləcək

Azərbaycanda turizm reyestri yaradılacaq.
APA-nın məlumatına görə, bu, Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planına daxil edilən “Turizm haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.
Qeyd edilib ki, turizm reyestri ölkənin turizm ehtiyatları və sənayesi barədə məlumatları özündə ehtiva edən vahid turizm informasiya bazası rolunu oynayacaq.
Reyestr turizm sənayesi subyektləri barədə digər dövlət informasiya ehtiyatlarında olan məlumatları Elektron Hökumət İnformasiya Sistemi üzərindən topladığı üçün sahibkarlıq subyektləri üzərində əlavə öhdəliklərin yaranmasına səbəb olmayacaq. Qanun layihəsinə əsasən, mehmanxanalar, turoperator və turagentlər, turizm bələdçilər tərəfindən müvafiq olaraq ulduz kateqoriyaları, mülki məsuliyyət sığortası və turizm bələdçilik sertifikatı barədə məlumatların Reyestrə daxil edilməsi məcburi xarakter daşıdığından turizm sənayesinin bu üç əsas subyekti barədə dəqiq və dolğun statistik məlumatlar toplanacaq. Bundan əlavə, Reyestrin açıq xarakter daşıması potensial turistlərin Reyestrdə rahatlıqla axtarış aparmasına, mövcud məlumatlar əsasında turizm şirkətlərinin dəyərləndirilməsinə və daha peşəkar şirkətlərin seçilməsinə imkan yaradacaq, bu isə öz növbəsində istehlakçıların hüquqlarının pozuntusu hallarının azalması ilə nəticələnəcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button