Dünya

MDB-nin 30 illiyinə dair bəyanat verilib

MDB üzv ölkələrin rəhbərləri qurum çərçivəsində iqtisadi inteqrasiyanın daha da dərinləşməsini mümkün sayaraq bu təşkilatın inkişaf etməsinə, dünya miqyasında mövqeyinin güclənməsinə tərəfdardırlar.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə MDB Dövlət Başçıları Şurasının təşkilatın 30 illiyi münasibətilə verdiyi bəyanatda bildirilir.
Bəyanatda yaşıl iqtisadiyyatın, rəqəmsallaşmanın, sənayedə kooperasiyanın, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, təbii sərvətlərin səmərəli istifadəsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi, habelə üzv ölkələr arasında əmək miqrasiyası, işgüzar dairələr səviyyəsində əməkdaşlıq əlaqələrinin genişlənməsi kimi hədəflər müəyyənləşdirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button