Dünya

Maykl Cordanın oğlu həbs edilib

ABŞ-ın Arizona ştatında amerikalı basketbolçu Maykl Cordanın oğlu Cefri xəstəxana işçilərinə etdiyi hücumdan sonra polis əməkdaşları tərəfindən saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə yerli “ABC15” telekanalı polisə istinadən məlumat yayıb.
Hadisə Skotsteyl şəhərində baş verib. Belə ki, keçmiş basketbolçu Cefri Cordan klubların birində baş nayihəsindən xəsarət alıb. O yaxınlıqdakı xəstəxanaya aparılıb. 32 yaşlı Cefrinin müalicə olunarkən xəstəxana işçilərinə hücum etdiyi iddia edilir.
Nəticədə məşhur basketbolçunun oğlu saxlanılaraq şəhər həbsxanasına aparılıb. Lakin bir saatdan sonra sərbəst buraxılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button