Cəmiyyət
Mayın 1-dən balıq ovuna qadağa qoyulur

Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2022-ci il tarixindən balıq ovuna moratorium qüvvəyə minir.
Trend xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna qoyulan moratorium sentyabrın 1-dək davam edəcək.
Xidmət rəisi qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirlərinin həyata keçirildiyini qeyd edib.