Cəmiyyət
Masazırda 26 yaşlı gənc döyülüb

Abşeron rayonunda döyülmə hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Zeynalov Elvin tanımadığı şəxs tərəfindən döyülüb.
O, təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona yuxarı və aşağı yumşaq toxumaların əzilməsi diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.