Cəmiyyət

Masallıda ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanıb

Masallı rayonunun Binə Xocavar kəndi ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) məlumatı əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, Lənkəran rayonu Günəhir kənd sakini Rüfət Səfərovun idarə etdiyi “Qazel” markalı yük avtomobilində meşə məhsullarının buraxılış orderi-meşə bileti olmadan qanunsuz kəsilən ağaclar aşkar edilib və bunun nəticəsində dövlətin qanunla qorunan mənafelərinə ümumilikdə 1 275 manat məbləğində ziyan vurulub.
Faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Masallı Rayon Polis Şöbəsinə həvalə edilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button