İqtisadiyyat

Martda Azərbaycanın Ukraynadan idxalı 4 dəfəyədək azalıb

Bu ilin I rübündə Azərbaycanın Ukrayna ilə ümumi ticarət dövriyyəsinin həcmi 402,491 mln. ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin  verdiyi məlumata görə, dövriyyə ötən ilin analoji dövrü ilə müqayisədə 80,97% artıb.

Azərbaycanın Ukraynaya ixracının həcmi 317,273 mln. dollara bərabər olub ki, bu da illik müqayisədə 2,6 dəfə çoxdur. İxracın 96%-ini neft və neft məhsulları təşkil edib. Hesabat dövründə idxal illik müqayisədə 14,7% azalaraq 85,219 mln. dollara enib. Nəticədə müsbət ticarət saldosu 10,2 dəfə artaraq 232,054 mln. dollara çatıb.

Təkcə mart ayında Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsi 71,268 mln. dollar təşkil edib ki, bu da fevral ayı ilə müqayisədə 25,5% azdır. Ötən ay ərzində ölkənin Ukraynaya ixracı 5% artaraq 60,166 mln. dollar təşkil edib. Martda ixracın 98,6%-i neft və neft məhsullarının payına düşüb. İdxal Rusiyanın Ukryaynaya hərbi müdaxiləsi və müharibə fonunda, fevral ayı ilə müqayisədə 3,5 dəfə azalaraq 11,102 mln. dollara qədər enib.

Nəticədə təkcə mart ayında müsbət ticarət saldosu aylıq 2,6 dəfə artaraq 49,065 mln. dollara bərabər olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button