İqtisadiyyat
Mart ayının sosial ödənişləri yekunlaşıb

Bu ay üzrə sosial təminat növləri üzrə bütün sosial ödənişlər yekunlaşıb
Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Novruz bayramı ilə əlaqədar mart ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da qrafikdən əvvəl olmaqla bu gün ödənilib.
Bundan əvvəl, martın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə, martın 16-da ölkəmizin digər bölgələrində yaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.