İdman

“Marsel”in futbolçusu: “Qarabağ” bizimlə oyunda ac olacaq”

“Rəqibimizin oyununu UEFA Çempionlar Liqasında və avrokuboklarda bir neçə dəfə görmüşəm”.

Bunu Fransa “Marsel”inin futbolçusu Amin Arit klubun rəsmi saytına müsahibəsində UEFA Konfrans Liqasının pley-off mərhələsində qarşılaşacaqları “Qarabağ” haqqında danışarkən deyib.

25 yaşlı yarımmüdafiəçi avrokuboklarda mübarizə aparmağın heç vaxt asan olmadığını bildirib: “Bu komanda ac olacaq və bütün rəqiblərimiz kimi, yüz faiz gücünü ortaya qoyacaq. İlk matçı evdə keçirəcəyik. Cavab görüşünü asanlaşdırmaq üçün doğma meydanda güclü olmaq lazımdır”.

Müqavilə ilə Almaniyanın “Şalke” klubuna məxsus olan mərakeşli oyunçu bildirib ki, bütün turnirlərdə hədəfləri titul qazanmaqdır: “Böyük və ya kiçik yarış yoxdur. Bəli, Çempionlar Liqası ən nüfuzlusudur. Amma yenə də biz Konfrans Liqasını qazanmaq istəyirik”.

Qeyd edək ki, “Qarabağ” “Marsel” komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button