İdman

“Marsel” – “Qarabağ” oyununu 20 min azarkeş izləyəcək

“Qarabağ”ın Fransada “Marsel”ə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununu tribunadan təxminən 20 min azarkeş izləyəcək.

Qarşılaşma üçün fevralın 14-dək 15 min bilet satılıb.

Nəşr bilet satışının azlığını məktəblərdə tətillərin başlaması, qarşılaşmanın pulsuz yayımı və elə də tanınmayan kluba qarşı matçda biletlərin həddindən artıq baha olması ilə əlaqələndirib.

Qeyd edək ki, fevralın 17-də “Velodrom” stadionunda oynanılacaq “Marsel” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Stadion 67 min azarkeş tutumuna malikdir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button