Dünya

Mariupolda 200-dən çox uşaq həlak olub

Ukraynanın Mariupol şəhərində müharibə başlayandan indiyədək 210-u uşaq olmaqla 5 minə yaxın insan həlak olub. Bu barədə şəhərin meri Vadim Boyçenko jurnalistlərə deyib.

Onun sözlərinə görə, 170 minə yaxın vətəndaş hazırda mühasirədədir, 30 mini deportasiya edilib.

Çoxmərtəbəli yaşayış binalarından 2 340-ı (90%) zədələnib, onlardan 1040-ı (40%) tamamilə dağılıb. Həmçinin şəhərdə iki fabrik, liman və hərbi hissəyə ziyan dəyib.

27 gündür mühasirədə olan şəhərdə vəziyyət ağırdır. Mer bildirib ki, getdikcə daha çox insan aclıqdan ölür.

BMT-yə Mariupolda kütləvi məzarlıqların olduğunu təsdiqləyən məlumatlar daxil olur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button