İdman

Maradonanın forması rekord qiymətə satıldı

Dünya futbolunun əfsanəsi Dieqo Armando Maradonanın forması auksionda satışa çıxarılıb.

Qol.az “Dailyrecord”a istinadən xəbər verir ki, futbolçunun 1986-cı ildə keçirilən dünya çempionatının 1/4 finalında İngiltərəyə qarşı keçirilən oyunda (2:1) geyindiyi forma rekord qiymətə satılıb.

Maradonanın əli ilə qol vurduğu matçdakı forması üçün 4 milyon funt-sterlinq ödənilib. Bu, futbol forması üçün ödənilmiş ən yüksək məbləğ hesab olunur.

Qeyd edək ki, Maradona 2020-ci ildə vəfat edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button