İdman

“Mançester Yunayted”in futbolçusu PSJ-yə keçir

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Pol Poqba karyerasını Fransada davam etdirə bilər.

“Report” “Todofichajes” nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi PSJ ilə müqavilə şərtlərini razılaşdırıb.

İddiaya görə, fransalı oyunçu ilə 4 illik müqavilə imzalanacaq. Poqba Paris təmsilçisinə azad agent kimi keçəcək.

Qeyd edək ki, Pol Poqba cari mövsüm 25 oyunda 1 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “qırmızı şeytanlar”la sözləşməsi iyunun 30-da başa çatacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button