CəmiyyətManşet

“Mall”ların daxilində karantin qaydalarının qorunmasına kim məsuliyyət daşıyır?

İri ticarət mərkəzlərinin daxilində vətəndaşların tibbi maskadan istifadə etməməsi və digər karantin qaydalarını pozmasına görə həmin obyektin inzibatçısı məsuliyyət daşıyır.

Bunu Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev bildirib.

Onun sözlərinə görə, ticarət mərkəzinin daxilinə yalnız COVID-19 pasportu, immunitet sertfikatı və ya əks-göstəriş sertfikatı olan şəxslərin buraxılması və maskadan istifadəyə həmin obyektin inzibatçısı nəzarət edir və məsuliyyət daşıyır.

“Ticarət mərkəzinin daxilində polis əməkdaşı karantin qaydalarını aşkarlayarsa, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq həmin şəxsə və ya şəxslərə qarşı inzibati tənbeh tətbiq edir. Ticarət mərkəzinin inzibatçısının cərimə tətbiq etməyə hüququ olmadığına görə karantin qaydalarını pozan şəxsi oradan uzaqlaşdırmalıdır”,- deyə polis leytenantı N. Əliyev bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button