İqtisadiyyat

Maliyyə Nazirliyi gələn il üçün manatın dollara qarşı məzənnəsini açıqlayıb

2021-ci ilin sonuna 4,9 faiz, 2022-ci ildə 3,6 faiz proqnozlaşdırılan inflyasiyanın azalan templə 2025-ci ildə 3,2 faizə qədər enəcəyi gözlənilir.
APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.
Qeyd olunub ki, makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcək. Bu əsasda, 2022-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülüb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button