Dünya

Makronun keçmiş köməkçisinin işi üzrə hökm noyabrın 5-də elan ediləcək

Paris Məhkəməsi Fransa prezidenti Emmanuel Makronun keçmiş köməkçisi Aleksandr Benallanın işi üzrə noyabrın 5-ə hökm çıxaracaq.
“Report” xəbər verir ki, bu barədə “France Presse” məlumat yayıb.
Benallaya qarşı nümayişçilərə qarşı şiddət, polis müdaxiləsi və diplomatik pasportlardan qanunsuz istifadə daxil olmaqla, ümumilikdə 12 ittiham irəli sürülüb.
Prokurorluq məhkəmədən bir il yarım şərti həbs, 500 avro cərimə, habelə 5 il dövlət vəzifəsi tutma və 10 il silah gəzdirmə qadağası istəyib.
Bundan əlavə, prokurorluq küçədəki müşahidə kameralarından Benallanın nümayişçilərə qarşı zorakı hərəkətləri əks etdirən kadrları yayan iki polis işçisinə də cəza istəyib.
Qeyd edək ki, 3 il əvvəl mediaya sızan həvəskar videogörüntülərdə Benallanın 2018-ci ildə Parisdə zəhmətkeşlərin bayramı zamanı nümayişçiləri döydüyü əks olunub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button