Dünya

Makronla Bayden arasında görüş oktyabrın sonunda baş tuta bilər

Fransa və ABŞ prezidentləri Emmanuel Makron və Cozef Bayden arasında telefon danışığı olub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Yelisey Sarayının məlumatında deyilir.
Telefon danışığı zamanı Avstraliyanın fransız sualtı qayıqlarını almaqdan imtina etməsi məsələsi ilə bağlı müzakirələr aparılıb.
Dövlət başçılarının etimadı təmin edən şəraiti yaratmaq, dərin məsləhətləşmələrə başlamaq və ümumi məqsədlərə çatmaq üçün konkret tədbirlər təklif etmək qərarına gəldikləri qeyd olunur.
Makronla Bayden arasında görüşün oktyabrın sonunda Avropada baş tutması gözlənilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button