Dünya
Makron Rusiyaya gəlib

Fransa Prezidenti Emmanuel Makron Rusiyaya gəlib.
APA-nın xəbərinə görə, Fransa Prezidentini gətirən təyyarə hava limanına enib.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəndən sonra çərşənbə axşamı Kiyevə gedəcək.
Moskva görüşündən əvvəl isə ABŞ Prezidenti Co Baydenlə Makron arasında telefon danışığı olub. Liderlər Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər.
Bayden və Makron Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bir daha təsdiqləyiblər.