Siyasət

“Makron Paşinyanı “baqaja” qoymaqla erməni cəmiyyətinə mesaj yollayır ki…” – Politoloq

“Fransa prezidenti Emmanuel Makronun Ermənistanın baş naziri Nikol Paşinyana göndərdiyi sms-ləri iki hissəyə ayırmaq olar: müharibə getdiyi günlərdə göndərilən sms-lər və zənglər və 9 noyabrdan dərhal sonra. Çünki bu iki mərhələ arasında böyük fərq var”.

Savash.org xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Makron müharibə getdiyi günlərdə ümumi prosesə təsir edəcəyini düşünüb:

O qeyd edib ki, Makron müharibə getdiyi günlərdə ümumi prosesə təsir edəcəyini düşünüb:

“Makron Fransanın erməni lobbisinin üzvlərinə deyib ki, Paşinyan ona etdiyi zənglər zamanı ondan heç nə xahiş etməyib. Halbuki, Makron öz dəstəyini ifadə edib. Fikrimcə, Makron tam həqiqəti demir. Paşinyan mühariə getdiyi günlərdə məğlub olacağını anlayırdı və əlaqə saxladığı həmkarlarından əsas xahişi bu idi: “Azərbaycana və Türkiyəyə təzyiq edib, onları durdurun!”. Ola bilməz ki, Paşinyan Makrondan bunu xahiş etməsin. Sadəcə, Makron o dönəmdə bu xahişi yerinə yetirə bilməzdi. Fransa Azərbaycan ordusunu necə dayandıra və Türkiyəyə necə təzyiq edə bilərdi? Makron bizi nə ilə qorxuda bilərdi? Heç nə ilə. Fransanın Azərbaycanı durdurmaq üçün nə o zaman, nə də indi əlində gərəkli alətləri var. Bəs onda Makron nədən Paşinyanı sms-lə bağlı açıqlamasıyla pis vəziyyətə qoyub? Axı Makron və Paşinyan qardaş kimi idilər. Görünür, Makron kapitulyasıyadan sonra Paşinyanı “baqaja” qoymaqla erməni cəmiyyətinə mesaj yollayır ki, “məğlubiyyətinizdə mənlik bir iş yoxdur, əlimdən gələni etməyə çalışdım, Sizin baş nazir passiv qaldı”.

Politoloq Makronun sözlərinə istinad edərək bildirib ki, Fransa prezidenti kaputilyasiyadan sonra da Paşinyana yardım etmək istəyib:

“Makron təəccüb edib ki, Paşinyan öz təşəbbüsü ilə onunla əlaqə saxlamayıb və ona belə bir sənədi qəbul etdirdiklərini bildirməyib və ya nəticələrini yumşaltmaq üçün imzalanmadan sonra nə etmək mümkün olduğunu soruşmayıb. Makron deyib: “Axı mən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya ondan sonra məlumat verməyib, yaxud xahiş etməyib?”. O, həmçinin Fransanın necə davranmalı olduğu ilə maraqlanıb. Məsələ burasındadır ki, Paşinyan kapitulyasiya aktını bir neçə saat ərzində imzalamalıydı, onun üçün hər dəqiqənin qiyməti var idi. Ermənilər Şuşaya nəzarəti itirdilər və Azərbaycan ordusu bir neçə saata bütün erməni silahlı qüvvələrini mühasirəyə alacaqdı. Bu halda Paşinyanın köməyinə yalnız Rusiya çata bilərdi. Ona görə də Paşinyan Putinlə təmas qurdu. Əgər Paşinyan Putinin başı üzərindən Makrona zəng edib “məni xilas et və Ermənistanı kaputilyasiya aktından qoru” desəydi, Kreml sahibi Paşinyanın dərsini verəcəkdi. Həm də axı Makron kapitulyasiya aktının imzalanmasına necə mane ola bilərdi? Mane olsaydı, Azərbaycanın işini rahatladacaqdı, ordumuz Xankəndinə daxil olub məsələni birdəfəlik həll edəcəkdi. Ona görə də Paşinyan Makronla telefonda və sms yazışmalarında vaxt itirməkdənsə, Ermənistanın gerçək sahibiylə – Rusiya ilə anlaşdı”. 

E.Şahinoğlunun qənaətincə, Makronun sms-ləri həm də ondan xəbər verir ki, Minsk Qrupunun həmsədri olan ölkə Ermənistanı məğlubiyyətdən xilas etmək istəyib:

“Bu bizim üçün yeni xəbər deyil. Makron müharibə dönəmində və ondan sonra açıq-aşkar Ermənistanı müdafiə edib. Sadəcə, sms-lərin açıqlanması Makronun ermənipərəst mahiyyətini bir daha ortaya qoydu”.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button