Dünya

Makron: “Fransa qoşunu İŞİD-in Böyük Səhradakı başçısını zərərsizləşdirib”

Fransa prezidenti Emmanuel Maskron “Böyük Səhrada İslam dövləti” qruplaşmasının başçısının Fransa silahlı qüvvələri tərəfindən zərərsizləşdirildiyini elan edib.
“Report” xəbər verir ki, bu barədə dövlət rəhbəri özünün tvitterdəki səhifəsində bildirib.
“Böyük Səhrada İslam dövləti” terror qruplaşmasının lideri Adnan əbu Abu Valid əl-Sahraui fransız qoşunu tərəfindən zərərsizləşdirilib. Bu, Saxeldə terror qruplaşmaları ilə mübarizəmizdə daha bir böyük müvəffəqiyyətdir”, – Fransa rəhbəri tvitterdə yazıb.
Onun sözlərini sonra Fransanın müdafiə naziri Florans Parli də təsdiqləyib. Nazir tvitterdəki hesabında qeyd edib ki, İŞİD-in regional özəyinin lideri “Barxan” əməliyyatının hərbçiləri tərəfindən endirilmiş zərbə nəticəsində öldürülüb.
Dövlət başçısı və nazir regionda terrorizmlə mübarizədə həlak olmuş fransız hərbçilərin xatirəsini yad edib. “Afrika, avropalı partnyorlarımızla birlikdə bu mübarizəni davam etdirəcəyik”, – Makron deyib.

Adnan Abou Walid al Sahraoui, chef du groupe terroriste État islamique au Grand Sahara a été neutralisé par les forces françaises. Il s’agit d’un nouveau succès majeur dans le combat que nous menons contre les groupes terroristes au Sahel.— Emmanuel Macron (@EmmanuelMacron) September 15, 2021

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button