İdman

Mahir Emrelinin komandasına hücum edilib, iki legioner xəsarət alıb

Polşanın “Legiya” klubunun azarkeşləri Plotsk “Visla”sına 0:1 hesabı ilə uduzduqları Ekstraklasanın XVIII tur oyunundan sonra futbolçulara hücum edib.

Fanatlar qarşılaşmanın final fitindən sonra bazaya yollanıblar.

Onlardan bir neçəsi avtobusa daxil olaraq qarşıdurmaya səbəb olublar. Nəticədə komandanın iki legioneri xəsarət alıb. Onların adı açıqlanmayıb.

Polis dərhal hadisə yerinə gəlib. Rəsmi açıqlamada oyunçuların xəsarət alması təsdiqlənməyib. Nəşr bu görüşdən sonra baş məşqçi Marek Qolebiyevskinin futbolçularla vidalaşdığını və daha sonra istefa verdiyini yazıb.

Qeyd edək ki, “Legiya”da Azərbaycan millisinin futbolçusu Mahir Emreli də çıxış edir. O, “Visla” ilə görüşə start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button